"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Müğənni Rahidə Baxışova yaşadığı xoşagəlməz hadisə ilə bağlı açıqlaması ilə diqqət çəkib. İfaçı bu barədə efirdə danışıb.
Sənətçi bildirib ki, tədbirlərin birində tanınmış xanımlardan birinin onun görünüşü ilə bağlı dediyi sözlərə təsadüfən şahid olub:
"Bir dəfə tədbirə getmişdim. Tanınmış xanımlardan biri yanındakı bəyə dedi ki, 'Bu Rahidədir? Nə günə qalıb?' Mən də eşitdim və çox pis oldum".
Müğənni həmin anda heç bir reaksiya vermədiyini, lakin deyilən sözlərin ona təsir etdiyini etiraf edib:
"Heç nə demədim. Həssas insanam. Evdə də adi bir sözü mənə çox ehtiyatla deyirlər".
Sənətçi bir müddət öz görünüşü ilə bağlı kompleks yaşadığını da bildirib:
"Elə bilirdim ki, mən eybəcərəm. Amma sonra düşündüm ki, hər şey məndə yaxşıdır, normalam və o sözü dərd etmədim".
Baxışova efirdə olduğundan daha fərqli göründüyünü də vurğulayıb:
"Efir məni kök göstərir. Həyatda görənlər deyirlər ki, çox incə xanımsınız".
İfaçının səmimi etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər onun açıqlamasına dəstək mesajları yazıblar.
Qeyd edək ki, müğənni canlı efirdə həmin xanımın adını həmkarı Elçin Hüseynovun qulağına deyərkən səs efirə düşüb. Təranə Qumral adını aydın şəkildə izləyicilər eşidib. Rahidə daha sonra qonaq olduğöu digər efirdə isə özünü yalanlayıb və həmin xanımın Təranə Qumral olmadığını bildirərək onu çox kübar xanım adlandırıb. Sənətçinin bir-birinə zidd açıqlamaları geniş müzakirə doğurub.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub