XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü

Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü

Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Bu gün, 09:52

 

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə şəhərə 18 ailə, ümumilikdə 68 nəfər köçürülüb.

Məlumata görə, Xankəndiyə köç edən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin mərhələli şəkildə doğma yurdlarına köçürülməsi davam etdirilir. Köçürülən ailələrin daimi yaşayışı üçün Xankəndi şəhərində zəruri infrastruktur yaradılıb, mənzillər tam təmir olunaraq istifadəyə verilib.

Beləliklə, Xankəndidə məskunlaşan sakinlərin sayı növbəti köç karvanı ilə daha da artıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.