XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Rusiyanın Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib

Rusiyanın Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib

Rusiyanın Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
5-10-2025, 13:00

Ukraynanın Lvov şəhərinə Rusiya Silahlı Qüvvələrinin (SQ) hücumları nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

B barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri 5 saatdan çox müddət ərzində bölgəyə zərbələr endirib. Bir sıra obyektlərə, o cümlədən yaşayış binalarına ziyan dəyib.

Xilasedicilər, tibb işçiləri, polis və fövqəladə hallar xidmətləri zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerində fasiləsiz işləyir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.