Gürcüstanda 4 oktyabr etiraz aksiyası - Təşkilatçılar saxlanıldı
Gürcüstanda 4 oktyabr aksiyasının təşkilatçıları saxlanılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) 4 oktyabrda Tbilisidə keçirilən aksiyanın əsas təşkilatçılarının saxlanıldığını açıqlayıb.
Nazirliyin məlumatına görə, saxlanılanlar arasında "Milli Hərəkat" Partiyasının üzvləri Murtaz Zodelava və İrakli Nadiradze, "Rustaveli Prospekti" hərəkatının liderlərindən biri Paata Burçuladze, "Strategiya Ağmaşenebeli" Partiyasının nümayəndəsi Paata Manjqaladze və polkovnik Laşa Beridze var.
Daxili işlər nazirinin müavini Aleksandr Daraxtvelidze bildirib ki, saxlanılan şəxslər Gürcüstanın Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırışlar etmək, qrup şəklində zorakılığın təşkili, rəhbərliyi və ona qoşulmaqda ittiham olunurlar.
Onun sözlərinə görə, bu cinayətlərə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaq materiallarına əsasən, saxlanılan şəxslər Azadlıq meydanında keçirilən mitinqdə zorakılıq çağırışları ediblər, bəzi iştirakçılar isə Prezident Sarayının mühafizə baryerlərini dağıdaraq binaya daxil olmağa cəhd göstəriblər.
DİN-dən bildirilib ki, hüquq-mühafizə orqanları mitinq iştirakçılarını dəfələrlə sülh yolu ilə aksiya keçirməyə çağırsa da, bu tələblər yerinə yetirilməyib.
İstintaq Cinayət Məcəlləsinin 317-ci, 222-ci, 225-ci və 187-ci maddələri ilə aparılır. Nazirlik, araşdırmanın gedişi barədə ictimaiyyətə mərhələli şəkildə məlumat veriləcəyini bildirib.
Məlumata əsasən, Murtaz Zodelava və İrakli Nadiradze Rustaveli prospektində, Paata Burçuladze isə "Helsikor" klinikasında saxlanılıb. Saxlanılan 5 nəfər 4 oktyabr aksiyasının təşkilat komitəsinin üzvləridir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır