Tbilisidə etirazlar başladı
Oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkiləri boykot edən müxalifət partiyalarının nümayəndələri Tbilisinin mərkəzi Rustaveli prospektində mitinq keçirirlər.
Mitinqə bəzi bölgələrdən iştirakçılar, eləcə də tələbələr qatılır. Tbilisinin bəzi ərazilərindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tbilisi Şəhər Şurasının binası qarşısında quraşdırılıb
Təşkilatçılardan biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, aksiyada qətnamə qəbul ediləcək və həmin andan hakimiyyət xalqın əlində olacaq.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai təhlükəsizliyin qorunmasına əlavə polis qüvvələri cəlb olunub.
Mitinq hələlik dinc şəraitdə davam edir.
Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi təşkilatçıları və iştirakçıları aksiyanı qanunla müəyyən edilmiş çərçivədə keçirməyə çağırıb. İstənilən qanun pozuntusuna müvafiq hüquqi cavabın veriləcəyi bildirilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır