Yaponiyada qadın baş nazir ola bilər - İLK DƏFƏ
Yaponiyanın keçmiş iqtisadi təhlükəsizlik naziri xanım Takaiçi Sanae hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.
Takaiçi Sanae partiya rəhbəri yarışında 4 rəqibinə qalib gələrək, partiya tarixində ilk dəfə qadın lider olub. İlk raundda 5 namizəd arasında Takaiçi Sanae 183 səs, əsas rəqibi Şinciro Koizumi 164 səs toplayaraq, ikinci mərhələyə keçiblər. İkinci mərhələdə Takaiçi Sanae üstün olub.
Yaxın günlərdə parlamentdə hakim partiyanın yeni rəhbərinin ölkənin baş naziri vəzifəsinə namizədliyi səsə qoyulacaq. Bununla da o, Yaponiyanın ilk qadın Baş naziri ola bilər.
Qeyd edək ki, hazırkı Baş nazir Şiqeru İşiba sentyabrın əvvəlində hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır