İrəvanda Matviyenkonun səfərinə qarşı etiraz aksiyası keçirilib
Bu gün Ermənistan Milli Assambleyası binası qarşısında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfərinə qarşı etiraz aksiyası keçirilib.
Qeyd olunur ki, aksiyanı “Respublika naminə” partiyasının lideri Arman Babacanyanın rəhbərlik etdiyi bir qrup qərbyönlü fəal təşkil edib.
Babacanyan çıxışı zamanı Rusiya əleyhinə şüarlar səsləndirib. Polis nümayəndəsi iştirakçılardan təhqiramiz ifadələr işlətməməyi və asayişi qorumağı tələb edib. Babacanyanla polis zabiti arasında söz davası baş verib və o, qısamüddətli qarşıdurmaya çevrilib - siyasətçinin səsucaldanı götürülüb.
Bundan sonra etirazçılar Rusiya əleyhinə plakatlar açaraq sükutla aksiyanı davam etdiriblər.
Qeyd edək ki, Valentina Matviyenko Rusiya parlamentinin nümayəndə heyətinin rəhbəri kimi İrəvana rəsmi səfər edib. Səfər çərçivəsində Ermənistan Milli Assambleyası ilə Rusiya Federal Məclisi arasında parlamentlərarası əməkdaşlığa dair konfrans keçirilir.(Report)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır