Ukrayna SQ: Rusiya gecə Ukrayna istiqamətdə 400-dən çox dron və 44 raket buraxıb
İyunun 6-na keçən gecə Rusiya 407 zərbə pilotsuz uçuş aparatı (PUA), 6 ballistik raket və 38 qanadlı raketlə Ukraynaya kombinə olunmuş zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Hərbi Hava Qüvvələri Komandanlığının rabitə şöbəsinin rəisi Yuri İqnat bildirib.
Onun sözlərinə görə, bu gecə Rusiya ballistika, hava və yer bazalı qanadlı raketlər, həmçinin çoxlu sayda zərbə PUA-ları və dron imitatorlarından istifadə edib.
“Ümumilikdə ruslar bu gün dövlətimizin ərazisində 407 zərbə PUA-sından istifadə edib. Həmçinin 6 ballistik raketin istifadəsi ilə bağlı məlumatlar var, eləcə də 38 qanadlı raket, onların əksəriyyəti məhv edilib”, - o deyib.
İqnat qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri 30-a qədər raket və 200-ə qədər PUA vurub.
Daha əvvəl xəbər verdiyimiz kimi, iyunun 6-na keçən gecə Rusiya Ukraynaya növbəti kütləvi zərbələr endirib. Hücum nəticəsində Kiyevdə atəş altında işləyən Dövlət Fövqəladə Hallar Xidmətinin 3 xilasedicisi ölüb, 40 nəfər yaralanıb.
Həmçinin Ternopol, Lutsk, Çerniqov, Kremençuk, Kiyev və Lvov vilayətlərinə də zərbələr endirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?