İmamoğlu barəsində daha bir araşdırma başladıldı
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində bakalavr diplomunun saxta olması iddiaları əsasında daha bir araşdırma başladılıb.
İmamoğlu məsələ ilə bağlı martın 5-də ifadə verəcək.
Xatırladaq ki, İstanbulun meri barəsində bundan əvvəl iki araşdırma başladılıb. O, bir müddət əvvəl televiziya proqramında iştirak edərkən İstanbulun baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə “hədə” və “terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə” ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir.
İmamoğlunun Akın Gürlek və ailəsi ilə bağlı dediyi ifadələrə görə həbsi tələb olunub. Belə ki, bununla bağlı İstanbul Cümhuriyyət Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən ittiham aktı hazırlanıb. Akta əsasən, İmamoğlunun 2 il 8 aydan 7 il 4 aya qədər həbs edilməsi istənilir.(Hürriyet)

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm