XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
19-05-2026, 10:21

Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla bağlı razılıq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.