Mansur Yavaş CHP-dən gedir?
“Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mansur Yavaş rəsmi olmasa da, faktiki olaraq Cümhuriyyət Xalq Partiyası (CHP) ilə yollarını ayırıb”.
Xalqxeber.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə türkiyəli politoloq Zafer Şahin “Yavaş’ın CHP’ye vedası” adlı köşə yazısında bildirib.
Onun sözlərinə görə, M.Yavaşın sentyabrın 7-də CHP-nin Nizamnamə Qurultayında dediyi bir cümlə üstüörtülü vida mesajı olub: “Mən də rəhbərim Əkrəm İmamoğlu kimi sizin qarşınızda hazır şəkildə çıxış etmək istərdim. Amma mənə 1 saat əvvəl telefonla məlumat verdilər. Təəssüf ki, biz buradan nifaq atəşinə benzin tökmüş oluruq!”
Bundan başqa, Mansur Yavaş HÜDAPAR (Hürr Dava Partiyası) daxil olmaqla, DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyalarını tənqid edib: “Bizim milli bayramlarımız qeyd olunur, amma bu bayramları keçirməyən iki partiya var. Düşünürəm ki, onlarla məsafə saxlanılmalıdır”.
Bunun ardınca Şahin yazır: “Bəs Türkiyə siyasətində hansı partiya DEM Partiyası ilə məsafə saxlamır, əksinə, “Şəhər Konsensusu” deyib birlikdə yola çıxır? Yavaşın son 10 ildə 3 dəfə Ankara namizədi olduğu və hələ də siyasətlə məşğul olduğu CHP...
Yəni öz partiyasına ultimatum verir. “DEM varsa, mən yoxam” deyir. Bu bəyanatın isə iki ünvanı var: Özgür Özel və Əkrəm İmamoğlu”.
Fotoda CHP sədri Özgür Özel və İstanbul meri Əkrəm İmamoğlu
Politoloq bildirib ki, Ankara lobbilərində Yavaşın 2028-ci ildə prezidentliyə namizəd olmaqda qərarlı olduğu, ilin sonunda CHP-dən ayrılacağı və seçkiyə qədər müstəqil bələdiyyə sədri olaraq davam edəcəyi iddia edilir. Bu layihə o qədər konkretləşib ki, hətta M.Yavaşın özündən sonra bu postda görmək istədiyi ad da bəllidir: Keçiören Bələdiyyəsinin rəhbəri Mesut Özarslan...
Fotoda Mesut Özarslan
Zafer Şahin onu da əlavə edib ki, hazırda M.Yavaşı CHP-də saxlayacaq yeganə siyasi aktyor partiyanın sabiq lideri Kamal Kılıçdaroğludur: “CHP-nin keçmiş lideri okey oyununda ən çox axtarılan dördüncü oyunçu kimidir.
Kimin masasında əyləşsə, onun oyunu oynanılacaq. Daha doğrusu, önü açılacaq. Məhz buna görə həm İmamoğlu, həm də Yavaşın gözü Kılıçdaroğludadır.
Beləliklə, 2028-ci ildə 3 namizədli prezident seçkilərinə hazır olun”.(Milliyet)

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var