Bakı xəbərdarlıq etmişdi, İrəvandan etiraf gəldi – “Risklə üz-üzəyik”
Ermənistanın “Metsamor” atom elektrik stansiyası (AES) bir çox geosiyasi risklərlə üz-üzədir.
Bunu erməni enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan deyib.
Ekspert bildirib ki, AES-in qəzadan sonra elektrik enerjisi sistemindən ayrılması ölkədə gərgin müzakirələrə səbəb olub:
“Birincisi, mən özüm hər hansı bir sui-qəsdi istisna etmirəm. Digər yandan, ildırım vurması ilə bağlı rəsmi versiya da mümkündür. Beynəlxalq təcrübədə belə hadisələr çox olur. Demək olar, hər il Rusiya, ABŞ, Çin, Fransa, Yaponiya, Cənubi Koreya və sair ölkələrdə AES-lər ildırım vurması səbəbindən bağlanır. Belə hallarda ir qayda olaraq, obyektin fəaliyyətini bərpa etmək üçün bir neçə gün lazımdır.
AES-in konservasiyası bir anda baş vermir. Bu, vaxt aparan və bahalı bir prosesdir. Hesablamalara görə, Ermənistan AES-in konservasiyası 400-450 milyon ABŞ dollarına başa gələ bilər, amma işlənmiş nüvə yanacağının utilizasiyası olmadan. Qeyd edim ki, Almaniyada 17 AES-in konservasiyası və sökülməsi 18 milyard avro dəyərində qiymətləndirilib.
Əlbəttə, Ermənistanın AES-i bir çox geosiyasi risklərlə üz-üzədir. Bununla belə, aydın şəkildə dərk etmək lazımdır ki, AES mürəkkəb texnoloji obyektdir, onun konservasiyası bir düyməni basmaqla baş verməyəcək”.
Qeyd edək ki, dünən axşam saatlarında “Metsamor” AES-də qəzanın baş verməsi barədə məlumat yayılıb. Həmçinin İrəvanın AES-in yenilənməsi ilə bağlı ABŞ-la danışıqlar apardığı bildirilir. Hazırda obyektə tam nəzarət Rusiyadadır. Ermənistanın bu qərarı Moskva ilə gərginliyə səbəb olub.
Azərbaycan və Türkiyə dəfələrlə qəzalı və istifadəyə yararsız vəziyyətdə olan “Metsamor”un istismardan çıxarılması üçün həm İrəvan, həm də beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var