Durov valideynlik hüququndan məhrum edilib
İsveçrədə məhkəmə teleqramın təsisçisi Pavel Durovu valideynlik hüququndan məhrum etmək barədə qərar qəbul edib.
Bu barədə məlumatı Durovun keçmiş həyat yoldaşı İrina Bolqar sosial şəbəkə hesablarında paylaşıb.
Onun sözlərinə görə, 2022-ci ilin sonunda Durov onu Birləşmiş Ərəb Əmirliklərinə köçməyə məcbur edib. İddialara görə, qadın bundan imtina etdikdə onun kart hesabları dondurulub və sahibkar övladları ilə bağlı ödənişləri etməyib. Bunun ardınca İrina məhkəməyə müraciət edib:
“Uşaqların və böyüklərin müdafiəsi üzəri Tribunal araşdırma başlatdı və bu araşdırma Cenevrənin qəyyumluq orqanları tərəfindən həyata keçirilib. Məhkəmə araşdırmanın yekununda Durovun bizim 3 övladımızla bağlı valideynlik hüququndan məhrum edilməsi ilə bağlı qərar verdi. Qəyyumluq orqanları dəfələrlə Durovla əlaqə saxlamağa çalışsa da, o cavab verməyib”.
Xatırladaq ki, İ.Bolqar bundan əvvəl Durovu oğlunu döyməkdə ittiham edib. O bildirib ki, sahibkar 2021-2022-ci illər arasında 2017-ci il təvəllüdlü oğullarına qarşı 5 dəfə zorakılıq nümayiş etdirib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var