Pentaqon Ukraynaya silah çatdırılmasına lazımi şəkildə nəzarət edə bilmir
Dövlət Departamenti və Pentaqon üçüncü ölkələr tərəfindən ABŞ silahlarının Ukraynaya çatdırılmasına lazımi şəkildə nəzarət edə bilmir.
Bu nəticə ABŞ Konqresinin GAO (Hökumət Hesabatlılığı Ofisi - Government Accountability Office) tərəfindən hazırlanmış hesabatda yer alıb.
Bu ilin aprelinə olan məlumata görə, Dövlət Departamenti 26 xarici donor tərəfindən Kiyevə 217 Amerika silahının çatdırılmasına icazə verib. Pentaqon bu müdafiə məhsullarının təyinatı üzrə istifadəsinə nəzarət etməlidir, lakin onun bunu etmək imkanı məhduddur.
Qeyd olunub ki, buna səbəb Dövlət Departamenti ilə Pentaqon arasında Amerika silahlarının üçüncü tərəflərə ötürülməsi ilə bağlı qeyri-ardıcıl ünsiyyətdir. Hesabata əsasən, Pentaqon Ukraynaya çatana qədər Dövlət Departamentinin üçüncü tərəfin Kiyevə silah tədarükünü təsdiq etməsindən çox vaxt xəbərsizdir və ya ümumiyyətlə, bununla bağlı məlumatsız olur.
“Dövlət Departamenti bu cür tədarüklər üçün bildiriş sisteminin yaradılması üçün addımlar atıb, lakin hər iki qurum bu silahların çatdırılmasını təsdiqləməklə məşğul deyil. Dövlət Departamenti mütəmadi olaraq donorlardan üçüncü tərəflərə silah təhvil verilməsi barədə məlumat vermələrini tələb etmir və bunu etmək siyasəti də yoxdur.
Pentaqon rəsmiləri etiraf ediblər ki, silahlarla bağlı məlumatlar Dövlət Departamentinin razılığı ilə üçüncü şəxslər tərəfindən Ukraynaya ötürülür. Bununla əlaqədar olaraq, GAO Dövlət Departamentindən və Pentaqondan Amerika silahlarının üçüncü ölkələr tərəfindən Ukraynaya ötürülməsi məsələsində qurumlararası əlaqəni təkmilləşdirməyə, donorlardan bu cür tədarüklərə dair hesabat tələblərini təqdim etməyə, o cümlədən 2020-ci ilin yanvarından bu ilin iyuluna qədər olan müddətdə Ukraynaya Amerika silahlarının bütün tədarükünün onlardan təsdiqini əldə etməyə çağırır”.(“Report”)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək