İraqda PKK ilə bağlılığı olan üç partiyanın fəaliyyəti qadağan edilib
İraqda PKK terror təşkilatı ilə əlaqədə olmuş üç partiyanın fəaliyyəti qadağan edilib və onlara məxsus əmlak müsadirə olunub.
Bu barədə İraq Ali Məhkəmə Şurasının qərarında bildirilib.
Məlumata görə, İraq Milli Təhlükəsizlik Müşavirliyinin tələb və şikayəti əsasında PKK terror qruplaşması ilə əlaqəli Yezidilər Demokrat və Azadlıq Partiyası, Demokratik Mübarizə Cəbhəsi Partiyası və Azad Yurd Partiyasının fəaliyyətləri qadağan edilib. Eyni zamanda, həmin təşkilatlara məxsus əmlak da müsadirə edilib.
Xatırladaq ki, 2024-cü ilin mart ayında İraq hökuməti PKK terror qruplaşmasını qanundankənar elan edib.(“Report”)

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var