SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib - YENİLƏNİB

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib - YENİLƏNİB

Tarix:

24-06-2024, 11:30

/ 276 dəfə oxundu.
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib - YENİLƏNİB

 Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 116 fiziki və hüquqi şəxsi əhatə edən 14-cü sanksiyalar paketini qəbul edib.

Bu barədə Avropa İttifaqı Şurasının məlumatında bildirilib.

Bundan əlavə, Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə tranzitinə yeni məhdudiyyətlər də bu sıradadır.

10:23

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 14-cü sanksiyaların qəbulundan dərhal sonra 15-ci sanksiyalar paketi üzərində işə başlayacaqlar.

Bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Aİ 14-cü sanksiyalar paketi çərçivəsində Rusiyadan 69 nəfəri və 47 təşkilatı qara siyahıya salacaq.

Bundan əlavə, sanksiyalar ilk dəfə olaraq Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracına qarşı yönəldiləcək.

Şərhlər

XƏBƏR LENTİ