SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Belarusun Fransadakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini dayandıracaq

Belarusun Fransadakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini dayandıracaq

Tarix:

22-05-2024, 08:34

/ 446 dəfə oxundu.
Belarusun Fransadakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini dayandıracaq

Belarusun Fransadakı səfirliyi mayın 27-dən iyunun 7-dək konsulluq xidmətlərinin göstərilməsini məhdudlaşdıracaq.

Bu barədə diplomatik nümayəndəliyin saytında deyilib.

“2024-cü il mayın 27-dən iyunun 7-dək Belarusun Fransadakı səfirliyi tərəfindən konsulluq xidmətlərinin göstərilməsi məhdudlaşdırılacaq. Bu müddət ərzində vətəndaşların şəxsi qəbulu olmayacaq. Poçtla göndərilən müraciətlərə baxılması da dayandırılıb”, – məlumatda diqqətə çatdırılıb.

Təcili məsələlərlə bağlı diplomatik nümayəndəlik Belarusun Belçikadakı səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edir.

Şərhlər

XƏBƏR LENTİ