SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Putin bu zərbələrlə qisas almaq istədi - General

Putin bu zərbələrlə qisas almaq istədi - General

Tarix:

22-03-2024, 10:56

/ 314 dəfə oxundu.
Putin bu zərbələrlə qisas almaq istədi - General

 Martın 21-də Kiyevə raket hücumu Vladimir Putinin gücünü göstərmək cəhdindən başqa bir şey deyil.

Bunu Ukrayna Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

“Putin Kiyevə zərbə ilə Belqorod və Kursk vilayətlərindəki vəziyyətin qisasını almaq istəyib. Seçkilərdən əvvəl Putin rus könüllülərin Belqorod və Kursk vilayətlərinə girməsi ilə yaxşı bir şillə aldı. Onun şanlı döyüşçüləri Ukrayna ordusunun öhdəsindən gələ bilmir və Rusiya əhalisi bütün bunları görür. Ona görə də Putin bir daha öz “qüdrətini” nümayiş etdirmək qərarına gələrək dinc şəhəri - Kiyevi atəşə tutdu”, - Romanenko bildirib.

Şərhlər

XƏBƏR LENTİ