SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Quterreş Ərdoğan, Zelenski və Putinə məktublar göndərdi

Quterreş Ərdoğan, Zelenski və Putinə məktublar göndərdi

Tarix:

16-03-2024, 10:40

/ 430 dəfə oxundu.
Quterreş Ərdoğan, Zelenski və Putinə məktublar göndərdi

 
BMT-nin baş katibi Antoniu Quterreş Türkiyə, Ukrayna və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğana, Volodimir Zelenskiyə və Vladimir Putinə məktub göndərib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, məktublar Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflərlə bağlı olub.

Məktubda qeyd olunub ki, Qara dəniz taxıl təşəbbüsünün dərslərini nəzərə alaraq, BMT Qara dənizdə kommersiya gəmiçiliyi risklərinin daha da azaldılması məqsədilə Türkiyə, Rusiya, Ukrayna və digər müvafiq tərəflərlə fəal qarşılıqlı fəaliyyətini davam etdirir.

Şərhlər

XƏBƏR LENTİ