SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » ABŞ İraqdan üzr istəyib - SƏBƏB

ABŞ İraqdan üzr istəyib - SƏBƏB

Tarix:

2-03-2024, 19:30

/ 316 dəfə oxundu.
ABŞ İraqdan üzr istəyib - SƏBƏB

"ABŞ fevralın əvvəlində İraq ərazisinə edilən hücuma görə rəsmi Bağdaddan üzr istəyib". 

Bunu İraqın xarici işlər naziri Fuad Hüseyn “RİA Novosti”yə müsahibəsində deyib. 

"Doğrudur, Vaşinqton İraq təhlükəsizlik qüvvələrinə hücumlar zamanı İraqa xəbərdarlıq etməyib, ABŞ-dəki rəsmi nümayəndə bu vəziyyətlə bağlı üzr istəyib". 

Xatırladaq ki, ABŞ fevralın 2-də İordaniyada üç Amerika əsgərinin öldürülməsinə cavab olaraq İraq və Suriyada “İran qüvvələri və İranın dəstəklədiyi milislər tərəfindən istifadə edilən” 85 hədəfi vuracağını bildirib.

Şərhlər

XƏBƏR LENTİ