ABŞ İraqdan üzr istəyib - SƏBƏB

Bunu İraqın xarici işlər naziri Fuad Hüseyn “RİA Novosti”yə müsahibəsində deyib.
"Doğrudur, Vaşinqton İraq təhlükəsizlik qüvvələrinə hücumlar zamanı İraqa xəbərdarlıq etməyib, ABŞ-dəki rəsmi nümayəndə bu vəziyyətlə bağlı üzr istəyib".
Xatırladaq ki, ABŞ fevralın 2-də İordaniyada üç Amerika əsgərinin öldürülməsinə cavab olaraq İraq və Suriyada “İran qüvvələri və İranın dəstəklədiyi milislər tərəfindən istifadə edilən” 85 hədəfi vuracağını bildirib.