43 il sonra “İraq gözəli” seçilən qız avtomobilində güllələndi
1972-ci ildən sonra ilk dəfə 2015-ci ildə İraqda gözəllik kraliçası seçilən Tara Fares Bağdadda avtomobilində qətlə yetirilib.
“RİA Novosti”yə istinadən xəbər veririk ki, bu barədə ölkənin səhiyyə xidmətinin rəhbəri Ər-Rasaf Kasəm Əbdül Hadi bildirib: “Tara Faresin cəsədi şeyx Zeyd
xəstəxanasına gətirilib. Onun üzərində 3 güllə yarası olub: ikisi başından, üçüncüsü sinəsindən”.
İraqın Daxili İşlər Nazirliyindən 30 yaşlı modelin ölümü ilə bağlı tədqiqatlara başlanıldığı bildirilib.
Qeyd edək ki, 2015-ci ildə “İraq gözəli” seçilmiş Tara bir müddət Avropada olduqdan sonra yenidən ölkəsinə qayıdıb. O, sosial şəbəkələrdə açıq-saçıq fotoları ilə də məşhurdur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır