SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Dünya ŞOKDA: Bayden Putin haqqında elə ifadə işlətdi ki... - Söyüş, təhqir...

Dünya ŞOKDA: Bayden Putin haqqında elə ifadə işlətdi ki... - Söyüş, təhqir...

Tarix:

22-02-2024, 16:20

/ 243 dəfə oxundu.
Dünya ŞOKDA: Bayden Putin haqqında elə ifadə işlətdi ki... - Söyüş, təhqir...

ABŞ prezidenti Co Bayden Kaliforniyanın San-Fransisko şəhərində iştirak etdiyi xeyriyyə tədbirində Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib.
Bayden bəzi liderlər səbəbindən nüvə münaqişəsi ilə bağlı narahatlıqların olduğunu bildirib.
Rusiya prezidenti Vladimir Putinin “dəli” olduğunu bildirən Bayden sərt ifadələr işlədib və Putini söyüb. Bayden daha sonra bəşəriyyət üçün ekzistensial təhlükənin "iqlim" olduğunu söyləyib.
Baydenin Putin haqqında dediyi sözlərə Kremldən dərhal reaksiya gəlib.
Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib: "Putin sizə müraciət edərkən nə vaxtsa kobud sözlər işlədib? O bunu etməyib. Ona görə də hesab edirəm ki, bu cür bəyanatlar ABŞ-ın özünü aşağılayır və belə sözlər istifadə edənlərin reputasiyasına xələl gətirir".(Musavat)

Şərhlər

XƏBƏR LENTİ