SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Gürcüstanda hakim partiya 70 faiz səs yığmağa iddialıdır

Gürcüstanda hakim partiya 70 faiz səs yığmağa iddialıdır

Tarix:

2-02-2024, 10:20

/ 253 dəfə oxundu.
Gürcüstanda hakim partiya 70 faiz səs yığmağa iddialıdır

Gürcüstanın hakim partiyası qarşıdan gələn seçkilərdə parlamentdəki yerlərin 2/3-ni qazanacağını gözləyir.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu partiyanın liderlərindən biri Mamuka Mdinaradze deyib.
"Əminliklə deyə bilərik ki, biz yalnız qələbə üçün deyil, konstitusiya çoxluğu üçün mübarizə aparacağıq. Bu, partiyamızın nəticələrinə münasibətimizdir. Biz bütün istiqamətlərdə daha da böyük irəliləyiş əldə etmək istəyirik", - deyə o qeyd edib
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Ölkə parlamentində yerlərin 2/3-ni əldə etmək üçün hansısa partiya 65-70 faiz səs almalıdır.

Şərhlər

XƏBƏR LENTİ