SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Almaniya kanslerinin yeni şəxsi aşpazı nə qədər maaş alacaq?

Almaniya kanslerinin yeni şəxsi aşpazı nə qədər maaş alacaq?

Tarix:

26-01-2024, 09:40

/ 169 dəfə oxundu.
Almaniya kanslerinin yeni şəxsi aşpazı nə qədər maaş alacaq?

Almaniyanın federal kanslerinin administrasiyası Olaf Şolts üçün şəxsi aşpaz vakansiyası elan edib.

O, dövlət tədbirlərini, iş yeməklərini qastronomik şəkildə təşkil etməlidir.

Tələblər siyahısına soyuq və isti yeməklərin hazırlanması, tarazlıq və müxtəliflik, eləcə də mövsümi xüsusiyyətlər nəzərə alınmaqla menyu və yemək planlarının yaradılması daxildir. Namizədin yüksək səviyyəli qastronomiya üzrə təhsil aldığına dair diplomu və bir neçə illik təcrübəsi, həmçinin siyasətə marağı olmalıdır. Bundan əlavə, o, mütləq məxfiliyi qorumalıdır.
Aşpazın gələcək əmək haqqı vergilər çıxılmazdan əvvəl ayda 3 000 avrodan 3 700 avroya qədər təşkil edəcək, üstəgəl onun Yeni il bonusu (maaşın 84%-i), 220 avro nazir əlavəsi, işdənkənar saatlar üçün 40 avro əlavə ödəniş və yol pulu üçün imtiyazları olacaq.

Mənbə: BİLD

Şərhlər

XƏBƏR LENTİ