SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Gürcüstan da silkələndi

Gürcüstan da silkələndi

Tarix:

23-12-2023, 12:11

/ 478 dəfə oxundu.
Gürcüstan da silkələndi

 Gürcüstanda Telavi şəhərindən 30 km məasəfədə 4,4 maqnitudalı zəlzələ olub.
Bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Torqva kurortunun yaxınlığında, 15 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, Gürcüstanda seysmik aktivlik orta səviyyədədir. Ölkədə qeydə alınmış ən güclü zəlzələ 1991-ci ildə Raça və İmereti regionlarında olub. 7 maqnitudalı zəlzələnin episentrdəki intensivliyi 9 bal təşkil edib. Hadisə nəticəsində 200-ə yaxın insan həyatını itirib, 46 000-ə yaxın ev və 1000 sənaye obyekti yararsız hala düşüb.
Xatırladaq ki, bu gün İranda 4,6 maqnitudalı zəlzələ olub, yeraltı təkanlar Ermənistanda da hiss edilib. 

Şərhlər

XƏBƏR LENTİ