XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Azərbaycanda baş verən zəlzələ Qazaxıstanın liman şəhərində hiss olunub

Azərbaycanda baş verən zəlzələ Qazaxıstanın liman şəhərində hiss olunub

Azərbaycanda baş verən zəlzələ Qazaxıstanın liman şəhərində hiss olunub
7-12-2023, 10:20

Bu gün səhər saatlarında Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub.

Məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyası seysmik stansiyalar şəbəkəsi yayıb.

Qeyd olunur ki, Qazaxıstan Aktau şəhərində Rixter cədvəli üzrə 3 bal gücündə zəlzələ qeydə alınıb.
“Zəlzələnin episentri Almatıdan 2 289 kilometr aralıda, Azərbaycan ərazisində, Xəzər dənizində, 35 metr dərinlikdə yerləşib”, - məlumatda bildirilir.

Mənbə: Tengrinews

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.