“Dəfələrlə beynəlxalq arenada səs-küyə səbəb olub” - Avstriyada Qurban Qurbanov barədə yazdılar
Eyni komandanı ən uzun müddət çalışdıran məşqçilərin siyahısı açıqlanıb.
Avstriyanın “Laola1” portalının tərtib etdiyi 25 nəfərlik siyahıda (yalnız əsas liqadan 3-cü liqaya qədər olan çempionatlarda və hazırda işə davam edən mütəxəssislər - red.) “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun adı da yer alıb. 50 yaşlı mütəxəssis beşinci pillədədir.
“Sadəcə, toxunulmaz olan əfsanələr var. Məsələn, “Qarabağ”da Qurban Qurbanov. O, 1992-ci ilin sentyabrında Azərbaycan millisinin ilk beynəlxalq oyununda meydanda olub. 2006-cı ilə qədər yığma komandada çıxış edib və indi də qol sayına görə millidə əlçatmazdır. 2008-ci ildən baş məşqçisi olduğu “Qarabağ”la dəfələrlə beynəlxalq arenada səs-küyə səbəb olub. Onun komandası hətta Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrına kimi Qurbanov həm də Azərbaycan yığmasına rəhbərlik edib”, - deyə mütəxəssis barədə qeyd olunub.
Siyahının ilk pilləsində 1982-ci ildən İtaliyanın “Virtus Verona” klubunun baş məşqçisi və sahibi Luici Freskodur. İlk “3-lük”də Stiven Bakster (“Krusayder”, Şimali İrlandiya, 2005-ci ildən) və Suet-Fai Li (“Uinq Yi”, Honkonq, 2006-cı ildən) də yer alıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır