Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır - Böyük Dəbilqə
Azərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayacaq.
Son olaraq 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində İvaylo İvanov (Bolqarıstan)/Paul Kibikay (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Li Namhunun (Cənubi Koreya) müqavimətini qırmağa çalışacaq.
100 kq-dan yuxarı çəkidəki idmançılardan Uşangi Kokauri 1/16 finalda Yevgeni Balyevski (Ukrayna)/Qalimjan Krikbay (Qazaxıstan) duelinin güclüsü ilə görüşəcək.
Eyni çəkidəki Camal Qamzatxanov 1/32 finalda Şoxrux Mamarasulovla (Özbəkistan) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır