“Fənərbaxça”nın prezidenti İlham Əliyevi təbrik edib
“Fənərbaxça” idman klubunun və “Gülhan-Dearsan” şirkətlər qrupunun prezidenti Əziz Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. xalqxeber.az xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi “Fənərbağça” idman klubu və “Gülhan-Dearsan” şirkətlər qrupu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Uzaqgörən siyasətiniz, qətiyyətli rəhbərliyiniz ilə dost və qardaş Azərbaycanın inkişaf edən iqtisadi, siyasi və hərbi gücü sayəsində gələcəyə inamla baxan, firavan və əmin-amanlıq içində olan bir ölkəyə çevrilərək Qafqazın parıldayan ulduzu olmasından böyük məmnunluq və sevinc hissi duyur, qürurlanırıq.
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin hər gün daha da inkişaf etməsi üçün iqtisadi, hərbi və yüksək texnologiyalar sahələrində iş və güc birliyimizi daha yüksək səviyyəyə çatdıracaq hər cür dəstəyimizin əmrinizdə olduğunu xüsusi vurğulamaq istəyirəm.
Fürsətdən istifadə edərək Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban verən əziz şəhidlərə Allahdan rəhmət diləyirəm” – deyə məktubda qeyd edilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır