“Fənərbaxça”nın prezidenti İlham Əliyevi təbrik edib

“Fənərbaxça”nın prezidenti İlham Əliyevi təbrik edib “Fənərbaxça” idman klubunun və “Gülhan-Dearsan” şirkətlər qrupunun prezidenti Əziz Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. xalqxeber.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi “Fənərbağça” idman klubu və “Gülhan-Dearsan” şirkətlər qrupu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Uzaqgörən siyasətiniz, qətiyyətli rəhbərliyiniz ilə dost və qardaş Azərbaycanın inkişaf edən iqtisadi, siyasi və hərbi gücü sayəsində gələcəyə inamla baxan, firavan və əmin-amanlıq içində olan bir ölkəyə çevrilərək Qafqazın parıldayan ulduzu olmasından böyük məmnunluq və sevinc hissi duyur, qürurlanırıq.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin hər gün daha da inkişaf etməsi üçün iqtisadi, hərbi və yüksək texnologiyalar sahələrində iş və güc birliyimizi daha yüksək səviyyəyə çatdıracaq hər cür dəstəyimizin əmrinizdə olduğunu xüsusi vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban verən əziz şəhidlərə Allahdan rəhmət diləyirəm” – deyə məktubda qeyd edilib.
Geri qayıt