Daha 5 idmançımız dopinqə görə cəzalandırıldı
Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən verdiyimiz məlumata görə, bunlar cüdoçular Rüfət İsmayılovla Aliyə Müslümova, eləcə də atlet Azər Əhmədov, velosipedçi Kiril Pozdnyakov və ağırlıqqaldıran Orxan Zeynalovdur.
Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Orqanizmində metilstenbolon maddəsi tapılan İsmayılov 1 illik diskvalifikasiyaya məruz qalıb. Onun cəzası 22 may 2018-ci il tarixindən hesablanıb və artıq həmin müddət başa çatıb. Müslümova isə furosemid maddəsinə görə 24 aylıq cəzaya məruz qalıb. Onun cəzası 11 aprel 2019-cu ildən hesablanmağa başlanıb.
Orqanizmində metandienon və mestanolon metabolitləri üzə çıxan Əhmədovun da cəza müddəti başa çatıb. Onun diskvalifikasiya dövrü 23 noyabr 2017 - 23 may 2019-cu ili əhatə edib.
Pozdnyakov metilfenidat metabolitinə görə 24 aylıq diskvalifikasiya məruz qalıb. Onun cəzası 11 may 2019-cu ildən hesablanıb və sanksiyanın son 6 ayı sınaq müddəti olacaq.
Ən ağır cəza isə Zeynalova verilib. O, orqanizmində müxtəlif endogen AAS (IRMS) və klenbuterol maddələri aşkarlandığı üçün 48 aylıq cəzalanıb. Ağırlıqqaldıranın diskvalifikasiyası 7 mart 2019-cu ildən hesablanacaq.
Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 44 idmançıya sanksiya tətbiq edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır