Stadionlarda qoyun otarılır, bəziləri isə ayaqolunu xatırladır - Azərbaycanda futbolun GERÇƏK ÜZÜ
Futbola sevgi kiçik yaşlardan, məhəllə futbolundan və bölgələrdə bu idmana şəraitdən yaranır. Ancaq bölgələrimizdə və kəndlərdə olan stadionların vəziyyəti çox acınacaqlıdır. Bu da Azərbaycan futbolunun bünövrəsinin xəbər verir. Hətta vəziyyət o yerə çatıb ki, stadionlarda mal-qara otarılır.
Unikal.org Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və bəzi qurumların nəzarətində olan bərbad vəziyyətdə olan stadionların fotolarını təqdim edir:
Bərbad vəziyyətdə olan Gəncə TİM stadionu Təhsil Nazirliyi strukturundadır.
Gəncədə "Ded Kostya"nın stadionu kimi tanınan meydançanın durumu da gəncəlilərin narazılığına səbəb olur. Belə ki, Konstantin Abramenko məşhur futbolçuların əksəriyyətinin yetişməsində, Sovet dövründə və müstəqillik illərində Azərbaycanda uşaq futbolunun inkişafında müstəsna xidmətləri olmuş Gəncə futbolunun əfsanəvi şəxslərdəndir.
Digər bərbad vəziyyətdə olan Xaçmaz Şəhər Stadionudur. Meydança "Məhsul" KKİC-nin strukturundadır. Bu da futbola olan "dəstək"dən xəbər verir. Rayon sakinləri satdionun durumunu paylaşaraq gileylənib, futbolçuların paltardəyişmə otağının ayaqyolunu xatırlatdığını deyiblər.
Lerikin Vizəzəmin kənd stadionu da uşaqları və gəncləri futbola həsrət qoyub. Kənd sakinlərinin bildirdiyinə görə, bura maliyyə dəstəyi olarsa ölkənin ən yaxşı stadionlarından olar.
Sabirabad rayonunun Muğan Gəncəli kəndində yerləşən stadion da hər kəsinetirazına səbəb olub. Kənd sakinləri sosial şəbəkə vasitəsilə meydançanın bu durumuna etirazlarını bildiriblər.
"Hafka" kimi tanınan iş adamı Hafiz Məmmədovun bir zamanlar TPL-də oynayan, hazırda fəaliyyətini dayandıran “Bakı” klubunun xarabalığa çevrilən bazası – Futbolun inkişafının əsl “sima”sıdır.
Buzovna qəsəbə stadionu da digər bölgə stadionlarının geri qalmır.
Yardımlı rayon "Sahil" stadionu da bərbəd vəziyyətdədir. Heç kəs bu meydança ilə maraqlanmır.
MKT İsehsalat Kommersiya Birliyinin balansında olan Ucar Şəhər Stadionu da bərbad vəziyətdə olan futbolun bariz nümunəsidir.
Qazax rayonu Çaylı kənd stadionu və Qubanın Bağbanlı kənd stadionun da vəziyyəti futbolsevərlərin ürəyini ağrıdır.
Bildirək ki, Qazax rayonu Çaylı kənd stadionu kənd bələdiyyəsinin nəzdindədir.
5 min tamaşaçı tutumuna malik Bərdə şəhər stadionu baxımsız vəziyyətdədir.







Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır