Aktrisaya təcavüz edən futbolçumuz ölkədən gedir? - İDDİA
Bir vaxtlar adı seks qalmaqalında hallanan futbol üzrə millimizin üzvü Pərdis Fərcad Azad “İnter”lə yollarını ayıra bilər. Əldə etdiyimiz məlumata görə, ona Türkiyənin aşağı liqa klublarının birindən təklif gəlib. Millimizin oyunçusu gələn təklifə həmin dəqiqə razılaşmasa da, etiraz da etməyib. Menecerinin sözlərinə görə, Pərdis məsələ ilə bağlı qərarını tezlikcə açıqlayacaq.
Hələliksə, futbolçu təklifi “İnter” rəhbərliyi ilə müzakirə etmək fikrindədir. Əldə etdiyimiz məlumata görə, Pərdisin klubdan getmək fikrinə düşməsi keçmiş “bankir”lərin hazırki maliyyə durumu və sponsorsuz klub kimi fəaliyyət göstərməsidir.
Türkiyə klubundan gələn təklif isə olduqca sərfəlidir.
Qeyd edək ki, ötən il “İnter”in və millimizin üzvü Pərdis Fərcad-Azadla bağlı şok faktlar və görüntülər ortaya çıxmışdı. Belə ki, Almaniyalı model-aktrisa Gina-Liza Lohfink 4 il öncə Berlin məhkəməsinə müraciət edərək, ona iki nəfərin təcavüz etdiyini bildirmişdi. Həmin şəxslərdən biri Pərdis olub. O vaxtdan başlanan proses bu yaxınlarda başa çatıb. Məhkəmənin qərarına görə, futbolçumuz 2000 avro məbləğində cərimələnib.
Yeniçağ

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır