Aktrisaya təcavüz edən futbolçumuz ölkədən gedir? - İDDİA

Aktrisaya təcavüz edən futbolçumuz ölkədən gedir? - İDDİA Bir vaxtlar adı seks qalmaqalında hallanan futbol üzrə millimizin üzvü Pərdis Fərcad Azad “İnter”lə yollarını ayıra bilər. Əldə etdiyimiz məlumata görə, ona Türkiyənin aşağı liqa klublarının birindən təklif gəlib. Millimizin oyunçusu gələn təklifə həmin dəqiqə razılaşmasa da, etiraz da etməyib. Menecerinin sözlərinə görə, Pərdis məsələ ilə bağlı qərarını tezlikcə açıqlayacaq.

Hələliksə, futbolçu təklifi “İnter” rəhbərliyi ilə müzakirə etmək fikrindədir. Əldə etdiyimiz məlumata görə, Pərdisin klubdan getmək fikrinə düşməsi keçmiş “bankir”lərin hazırki maliyyə durumu və sponsorsuz klub kimi fəaliyyət göstərməsidir.

Türkiyə klubundan gələn təklif isə olduqca sərfəlidir.

Qeyd edək ki, ötən il “İnter”in və millimizin üzvü Pərdis Fərcad-Azadla bağlı şok faktlar və görüntülər ortaya çıxmışdı. Belə ki, Almaniyalı model-aktrisa Gina-Liza Lohfink 4 il öncə Berlin məhkəməsinə müraciət edərək, ona iki nəfərin təcavüz etdiyini bildirmişdi. Həmin şəxslərdən biri Pərdis olub. O vaxtdan başlanan proses bu yaxınlarda başa çatıb. Məhkəmənin qərarına görə, futbolçumuz 2000 avro məbləğində cərimələnib.

Yeniçağ
Geri qayıt