İlqar Rəhimov Qarabağ Qazilərini narazı salıb - QALMAQAL
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov paralimpiyaçılardan ibarət voldeybol komandasını Beynəlxalq yarışa göndərməyib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Xorvatiyanın Poreç şəhərində Oturaq Voleybol üzrə lisenziya xarakterli yarışa start verilib. Yarışda Avropa Çempionatında iştirak üçün lisenziya uğrunda 7 komanda arasında mübarizə aparılacaq. 10 illik təcrübəyə malik Azərbaycan Milli Komandasının da iştirakı nəzərdə tutulub.Lakin sonradan AMPK-ın prezidenti İlqar Rəhimov paralimpiyaçılarıa heç bir səbəb göstərmədən yarışa göndərməkdən imtina edib. İlqar Rəhimov 2017-ci ildə də paralimpiyaçılardan ibarət voldeybol üzrə milli komandanı Avropa çempionatına göndərməyib. Komandanın iştirak etməməsinə görə komandamız 5000 avro cərimə edilib. 2018-ci ildə də AMPK rəhbərliyi Koreyada keçirilən Dünya çempionatına da idmançıları göndərməkdən imtina edib.
Qeyd edək ki, paralimpiyaçılardan ibarət Voldeybol üzrə Milli Komandanın 12 üzvündən 9-u Qarabağ qazisidir.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır