Messi İnyestaya çatdı
“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Lion”la qarşılaşıb.
Xarici mətbuata istinadən xəbər veririk ki, qolsuz bərabərə bitən matç Kataloniya təmsilçisinin üzvü Lionel Messi üçün əlamətdar olub. Belə ki, argentinalı hücumçu bu matçda da iştirak edərək, Çempionlar Liqasında “Barselona”yla 130-cu oyununa çıxıb. O, bu göstərici ilə “Barselona”nın sabiq üzvü Andres İnyestaya çatıb. Hər iki futbolçu ÇL-də 130 oyun keçirib.
“Barselona” formasıyla sözügedən turnirdə ən çox forma geyinən futbolçu isə Xavidir. İspan yarımmüdafiəçi Kataloniya təmsilçisiylə 151 görüşə çıxıb.
“Barselona” ilə “Lion” arasındakı cavab matçı martın 13-də keçiriləcək.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır