Zabit Səmədov karyerasını başa vurur
Azərbaycanlı kikboksçu Zabit Səmədov karyerasını başa vurduğunu açıqlayıb.
Dekabrın 2-də "Akhmat Fight Show” çərçivəsində azərbaycanlı "Mauqli” Yevqeni Orlovu nokauta göndərib.
Döyüşdən sonra o, "Belarus 5” telekanalına müsahibə verərkən karyerasını başa vuracağını bildirib.
"Son zamanlar mənim başqa məqsədlərim yaranıb. Bu, çox maraqlı idi, ancaq indi həyatım dəyişib. Mən Azərbaycandan öz klubumu yaradacam. Orada peşəkar məşqçilər işləyəcək, döyüşçülər isə klubumun adından çıxış edəcəklər. Mən menecer işi ilə məşğul olacam və öz brendimi inkişaf etdirəcəm. Düşünürəm ki, rinqdə bir və ya iki döyüş keçirəcəm və karyeramı başa vuracam”, - Z.Səmədov deyib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır