İsgəndər Xəlilovun qurumundan ETİRAF: - Federasiyaların adı var, idmançıları yoxdur
Azərbaycan Qış İdman növləri Federasiyasında problemlər davam edir. Belə ki, qurum hələ də idmançı tapa bilmir. Bu səbəbdən də sözügedən federasiyaya daxil olan digər qurumlar fəaliyyətini qeyri-rəsmi şəkildə dayandırıb.
Azərbaycan Qış İdman növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyev Unikal.org-a açıqlamasında təkcə fiqurlu konkisürmə idman növünü inkişaf etdirə bildiklərini etiraf edib:
"Dağ xizəyi idman növündə çıxış edən idmançımız Patrik Braxner artıq karyerasını bitirib. Hazırda bizim 3 qız, 2 oğlan idmançımız var. 2 qız, 1 oğlan Amerikada, ikisi isə Rusiyada məşq edirlər.
Digər idman növlərimizində idmançılar yoxdur. Meydança olmalıdır ki, tədbirlər görülsün və inkişaf olsun.
Başqa idman növləri üçün meydançamız olmadığına görə inkişaf da yoxdur. Bizim Qış İdman Növləri federasiyasına daxil olan qurumlar var. Ancaq idmançılarımız olmadığı üçün fəaliyyət göstərə bilmirik. Yəni konkisürmədən başqa digər federasiyaların adları olsa da heç birində idmançımız yoxdur”.
Qış İdman Növləri Federasiyasının rəsmisi bildirib ki, Xokkey inkişafına çalışsalar da sonradan bunu davam etdirmək üçün maddi imkanları çatmayıb:
"Xokkey üçün bəzi müraciətlərimiz olub. Təəssüflər olsun ki, o qədər xokkeyçini saxlamaq asan deyil, ağır məsələdir. Avadanlıqları, geyimləri çox bahalıdır”.
Sonda F.Quliyev onu da bildirib ki Qış idman növlərinə daxil olan bütün idman federasiyaları iş adamı İsgəndər Xəlilova aiddir. Dağ Xizəyi Federasiyasının prezidenti isə Rauf Xəlilova aiddir”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır