SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Ziya Məmmədovun qardaşı oğlu deputatın xəbərdarlığına məhəl qoymadı: "Çempionat keçirdi" - QALMAQAL

Ziya Məmmədovun qardaşı oğlu deputatın xəbərdarlığına məhəl qoymadı: "Çempionat keçirdi" - QALMAQAL

Tarix:

6-03-2017, 18:40

/ 3 012 dəfə oxundu.
Ziya Məmmədovun qardaşı oğlu deputatın xəbərdarlığına məhəl qoymadı: "Çempionat keçirdi" - QALMAQAL

Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı oğlu Elnur Məmmədov Muay tay üzrə 9-cu Azərbaycan çempionatına start verib.

Yeniyetmələr, gənclər və ustalar arasında keçirilən yarışda 300 idmançı 31 çəki dərəcəsində mübarizə aparıb. Açılış mərasimində çıxış edən federasiya prezidenti Azər Həsənsoy idmançılara uğurlar arzu edib. Sonra yarışın təşkilatçısı, "Best of the Best” promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov iştirakçıları salamlayaraq bu idman növünə olan maraqdan danışıb: "Muay tay dünyada tanınan və sevilən idman növüdür. Bildiyiniz kimi 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramına daxil edilib. Muay tay müsabiqədən kənar əlavə edilib. Yəni yoxlanış üçün bizim idmançılar da Tokio-2020-də mübarizə aparacaq. Üstəlik, muay tayın Minskdə baş tutacaq ikinci Avropa Oyunlarında da olacağı gözlənilir. Biz bu idman növünə ikinci nəfəs gətirmək istəyirik. Gələcəkdə ən yaxşı idmançıların K-1-də də çıxış edəcəyi istisna deyil”.

Bu press-relizi mediaya Elnur Məmmədovun yaxın ətrafı verib. Məlumatda 2 diqqətçəkən məqam var: Birincisi Elnur Məmmədov özünü K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi kimi təqdim etməsi, ikinci məqam isə Elnur Məmmədovun "gələcəkdə ən yaxşı idmançıların K-1-də də çıxış edəcəyi istisna deyil” sözləridir.

Belə olan məqamda ortaya sual çıxır. Bəs görəsən bu çempionatın açılışında nəyə görə Azərbaycan K1 Federasiyasından heç kim iştirak etməyib?

Qeyd edək ki, analoji hadisə bir müddət öncə də baş vermişdi və Elnur Məmmədov federasiya ilə razılaşmadan yarış keçirmişdi. O zaman federasiyanın prezidenti, millət vəkili Adil Əliyev bu haqda demişdi. Deputat yarışların Azərbaycan Kikboksinq Federasiyasının razılığı ilə keçirilməli olduğunu bəyan etmişdi. Adil Əliyev növbəti dəfə bu mövzuya qayıdanda bir qədər də sərt danışmışdı: "Həmin ”K-1″ bankrot olmuş təşkilat idi və pullu adam axtarırdı ki, bunu qaldırsın. Görünür ki, bizim bəzi insanlarımızın da yaxşı imkanı olduğu üçün gedib onlara yaxşı pul təklif ediblər ki, gəlib burada yarış keçirsin. Həmin yarışda Bakıda təşkil olundu. Ancaq bizim xəbərimiz olmadan. Əslində bu yarış Azərbaycan Kikboksinq Federasiyasının razılığı ilə keçirilməli idi”. Adil Əliyev daha sonra bildirmişdi: "Bunlar ilk dəfə idi ki, bu yarışı keçirdi və mən də xəbərdarlığımı etdim. Əgər bu yarış ikinci dəfə də təşkil olunsa, o zaman bu məhkəmə predmetinə çevriləcək.

Elnur Məmmədov 1 ay öncə keçirdiyi mətbuat konfransında dolayı yolla bu məsələyə toxunmuş və demişdi: "K-1 brendinin Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi "Best of the Best” promoşn qrupudur. Ancaq bəziləri bizim xəbərimiz olmadan hansısa kiçik yarışlarda döyüşüb, bunu mətbuatda geniş şəkildə işıqlandırırlar. Bəzən mediada medallarını da göstərirlər. Halbuki K-1 döyüşlərində medal olmur. Bildirmək istəyirik ki, K-1-in Azərbaycanda bütün hüquqları "Best of the Best” promoşn qrupuna aiddir. Bu qurumdan xəbərsiz sözügedən brenddən istifadə edənlər məsuliyyət daşıyırlar”.

Görünən odur ki, Elnur Məmmədov öz inadından dönmək fikrində deyil və bu çempionatın keçirilməsində əsas məqsəd də K1-də iddiasının qalmasıdır.

Mövzuya yenidən qayıdacağıq.

AZXEBER.COM

Şərhlər

XƏBƏR LENTİ