Azərbaycan futbolunda kütləvi dava - Ağır cəzalar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
U-19 Liqasında “Turan Tovuz” – “Neftçi İK İB” matçının 89-cu dəqiqəsində “Neftçi İK İB” klubunun futbolçusu Sahib Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 Liqasında “Kəpəz” – “Neftçi İK İB” matçının 74-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Mehdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 Liqasında “Zirə” – “Neftçi” matçının 84-cü dəqiqəsində “Zirə”nin futbolçusu Murad Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra “Neftçi”nin futbolçusu Mehman Mənsimov və “Zirə”nin futbolçusu Ramil Məmmədbağırov dava-dalaşda iştirak etdiklərinə və kütləvi insidentin yaranmasına səbəb olduqlarına görə 5 oyun cəzalanıb. “Zirə” və “Neftçi” klublarına xəbardarlıq olunur, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.
U-16 Liqasında “Zirə” – “Vətən” matçının 66-cı dəqiqəsində “Zirə”nin məşqçisi Rəşad Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-16 Liqasında “Kəpəz” – “Qəbələ” matçının 72-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu İbrahim Camalovla Nicat Oruclu və “Kəpəz”in futbolçusu İsmayıl Məmmədov, Fərid Soltanzadə dava-dalaşda iştirak etdiklərinə görə hər biri 5 oyun cəzalanıb.
U-14 Liqasında Kürdəmir Gİİ – “Sabirabad” matçında “Kürdəmir” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasında UĞUR FK (Sumqayıt) – UGİM-1 (Sumqayıt) matçında UĞUR FK iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasında, UGİM (Neftçala) – Muğan PFK (Salyan) matçının 42-ci dəqiqəsində “Muğan”nın futbolçusu Xəyal Cəfərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 2 oyun cəzalanıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var