QALİBLƏR SIRASINDA
Sahil Əhmədov və Sənan Mədətov Quba Rayon Polis Şöbəsinin Post Patrul Xidmətində polis nəfəri kimi xidmət edirlər. Nümunəvi xidmətləri ilə yanaşı fiziki hazırlıq səviyyəsinə görə də fərqlənirlər. Dəfələrlə ölkə və zona yarışlarında iştirak edib, yüksək nəticələr göstərib, müxtəlif mükafatlar qazanıblar.
Bu yaxınlarda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş polis çoxnövçülüyü yarışlarında iştirak edən idmançılarımız turnirdən medalla qayıdıblar. Polis serjantı Sahil Əhmədov keçirilən yarışda 100 metr məsafəyə qaçış üzrə 2-ci yerə layiq görülüb. Həmkarı, polis serjantı Sənan Mədətov isə eyni məsafəyə qaçış üzrə 3-yerin sahibi olub.
Polis serjantları bundan əvvəllər də keçirilən yarışlarda aktiv iştirak ediblər. Belə ki, DİN rəhbərliyi tərəfindən hər il keçirilən çoxnövçülük üzrə yarışlarda iştirak edən polis nəfərləri dəfələrlə fəxri kürsüdə yer tutaraq müxtəlif diplom və mükafatlara layiq görülüblər.
Polislərimiz ölkə və DİN rəhbərliyinin idmana, gənclərimizin fiziki hazırlığına göstərilən diqqət və qayğıdan ruhlandığını, yeni nailiyyətlər qazanacağını, ölkəmizin idman şərəfinin layiqincə qorunması üçün bütün səy və bacarığını səfərbər edəcəyini bildiriblər.
Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...