QALİBLƏR SIRASINDA

QALİBLƏR SIRASINDA Sahil Əhmədov və Sənan Mədətov Quba Rayon Polis Şöbəsinin Post Patrul Xidmətində polis nəfəri kimi xidmət edirlər. Nümunəvi xidmətləri ilə yanaşı fiziki hazırlıq səviyyəsinə görə də fərqlənirlər. Dəfələrlə ölkə və zona yarışlarında iştirak edib, yüksək nəticələr göstərib, müxtəlif mükafatlar qazanıblar.
Bu yaxınlarda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş polis çoxnövçülüyü yarışlarında iştirak edən idmançılarımız turnirdən medalla qayıdıblar. Polis serjantı Sahil Əhmədov keçirilən yarışda 100 metr məsafəyə qaçış üzrə 2-ci yerə layiq görülüb. Həmkarı, polis serjantı Sənan Mədətov isə eyni məsafəyə qaçış üzrə 3-yerin sahibi olub.
Polis serjantları bundan əvvəllər də keçirilən yarışlarda aktiv iştirak ediblər. Belə ki, DİN rəhbərliyi tərəfindən hər il keçirilən çoxnövçülük üzrə yarışlarda iştirak edən polis nəfərləri dəfələrlə fəxri kürsüdə yer tutaraq müxtəlif diplom və mükafatlara layiq görülüblər.
Polislərimiz ölkə və DİN rəhbərliyinin idmana, gənclərimizin fiziki hazırlığına göstərilən diqqət və qayğıdan ruhlandığını, yeni nailiyyətlər qazanacağını, ölkəmizin idman şərəfinin layiqincə qorunması üçün bütün səy və bacarığını səfərbər edəcəyini bildiriblər.

Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı
QALİBLƏR SIRASINDA
QALİBLƏR SIRASINDA
Geri qayıt