General, Birinci vitse-prezidentin köməkçisi veloyürüşdə-Fotolar
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir” şüarı altında veloyürüş keçirilib.
Yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətini rəisi general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nın velosiped klubunun və AzVİF-in velosipedçiləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.
Azneft meydanından start götürən veloyürüş Neftçilər prospekti, Yusif Səfərov küçəsi ilə davam edib və Heydər Əliyev Mərkəzində başa çatıb.
Heydər Əliyev Mərkəzinin parkında, həmçinin müxtəlif əyləncə proqramı və Azərbaycanın ilk milli velosiped brendi olan “İsma Bikes” məhsullarının sərgisi təşkil olunub.






Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır