Tofiq Heydərova daha bir zərbə
Azərbaycan Ağır Atletika Federasiyası bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Bu barədə Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar qəbul edib. Buna isə 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycandan 5 atletin – Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq), Nizami Paşayev (94 kq), Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub. Bu isə o deməkdir ki, Azərbaycan 28 noyabr – 5 dekabrda ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatından kənarda qalacaq. Sözügedən qərar oktyabrda qüvvəyə minəcək.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Tofiq Heydərov məhz dopinq qalmaqalına görə istefa verib. O, bu barədə sosial şəbəkədə status yazsa da, iş adamı sonradan qərarını dəyişərək paylaşımını silib.
“İslamiadada Anastasiya İbrahimli və Hafiz Süleymanovun kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən həm idmançı və məşqçilərə, həm də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan başda olmaqla, bütün rəhbərlərə söz vermişdim. Onlara demişdim ki, bir daha komandamızda dopinq problemi olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı” deyən Tofiq Heydərovun bu dəfə hansı qərar verəcəyi maraqla gözlənilir.
Yenicag.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır