Tale Heydərov üçün həyəcan siqnalı - O da ortalıqdan çəkilir?
“Qəbələ”nin Avropa Liqasında mübarizəni dayandırması başadüşülən idi. Bu dəfə güclü “Panatinaikos” qarşısında yenilənmiş heyət diş göstərə bilmədi.
Əslində, ardıcıl iki il Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan “qırmızı-qaraları”ı buna görə qınamırıq da. Amma daxili çempionatdakı qeyri-stabil oyun nikbin düşünməyə əsas vermir.
Məsələ burasındadır ki, Tale Heydərovun prezidenti olan klub hesabat turunda yeni mövsümündə keçirdiyi oyunlarda cəmi 1 xal qazanan “Kəpəz” qarşısında əsl şok yaşadı. Çempionluq iddiasında olan “qırmızı-qaralar”ın doğma azarkeşləri önündə Gəncə təmsilçisinə 0:2 hesabı ilə uduzması bizləri təəccübləndirməyə bilməz. Görünür, Roman Qriqorçukun yetirmələrinin bu məğlubiyyəti komanda daxilində baş verən problemlərdən qaynaqlanır.
Hər halda belə düşünməyimiz üçün əsaslar var. İş burasındadır ki, Heydərovun komandasında vəziyyət əvvəlki kimi deyil. Futbolçuların maaşlarının yubadılması da Tale bəyin “Qəbələ”yə biganəliyinin göstəricisidir. Bir komandanın uğuru üçün çalışan futbolçuların “Neftçi” ilə canlı yayımlanan oyundan sonra yumruq davasına çıxması isə ayrı müzakirənin mövzusudur.
O, əvvəlki kimi komandaya diqqət də göstərmir. Bir vaxtlar komandanın illik büdcəsi 5-6 milyon idisə, indi bu, minimuma endirilib. Hətta əvvəlki kimi heyətə daha səviyyəli futbolçular da cəlb olunmur. Çünki bu, indiki halda Heydərov üçün əlavə xərc deməkdir. Hər halda 4 ilin çempionu “Qarabağ”la başabaş mübarizə aparmaq istəyən komanda Ürfan Abbasov, İlqar Qurbanov kimi futbolçuların ümidinə qalmamalıdır.
Görünür, Heydərov üçün “Qəbələ”nin problemləri ən sonda həll olunanlar sırasındadır. O da ola bilər ki, bu, Tale bəyin heç vecinə də deyil. Çünki ildən-ilə büdcənin azaldılması heç də nikbin düşünməyə əsas vermir. Bir də görəcəyik ki, komandada yaranan maliyyə problemi ənənəyə çevrilib. Bu isə Azərbaycan futbolunda bir klubun dağılması üçün ən yüksək səslə səsləndirilən həyəcan siqnalıdır.
Hər halda belə durumlara artıq öyrənmişik də. Bəlkə də, Tale Heydərov yavaş-yavaş ortalıqdan çəkilir, nə bilmək olar?
Onun üçün Londondakı həyatı daha komfortlu olmalıdır. Belə olan halda niyə “Qəbələ”nin problemləri ilə başını ağrıtsın ki?..

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır