SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şirkətlər «Bank Avrasiya»dakı pullarını GERİ ÇƏKİRLƏR - BANK KİÇİLİR

Şirkətlər «Bank Avrasiya»dakı pullarını GERİ ÇƏKİRLƏR - BANK KİÇİLİR

Tarix:

13-10-2023, 10:22

/ 281 dəfə oxundu.
Şirkətlər «Bank Avrasiya»dakı pullarını GERİ ÇƏKİRLƏR - BANK KİÇİLİR

“Bank Avrasiya” ASC cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açıqlayıb.

Xalqxeberaz FED.az-a istinadla xəbər verir ki, bankın faiz gəlirləri 12,2 milyon manat, faiz xərcləri 2,5 milyon manat olub.
Faiz gəlirləri illik müqayisədə 3 milyon manata yaxın (32,4%), xərcləri isə təxminən 1,1 milyon manat (80,5%) artıb.
Beləliklə xalis faiz gəlirləri 9,2 milyon manat təşkil edib. Bu da illik müqayisədə 2,4 milyon manatdan çox (35,6%) artım deməkdir.
Qeyri faiz gəlirləri 2 milyon manat, xərcləri isə 5,8 milyon manat təşkil edib. Gəlirlər 6,12 min manat (0,3%) azalıb, xərclər isə 967 min manatdan çox (20%) artıb.

Bundan başqa əmək haqqı və digər kompensasiya növlərinə 2,4 milyon manata yaxın vəsait xərc çəkilib.
İnzibati xərclərin həcmi isə 413 min manat, amortizasiya xərcləri 382 min manatdan çox olub.

Bununla da “Bank Avrasiya” cari ilin üçüncü rübünü 3 milyon 953 min manat xalis mənfəətlə başa vurub.Ötən ilin eyni dövrünü 1 milyon 79 min manat mənfəətlə yekunlaşdırmışdı. Beləliklə bank xalis mənfəətini son bir ildə 3 dəfə artırmış olub.

Bank mənfəət vergisi ödəməyib.

“Bank Avrasiya”nın aktivləri cari ilin 3-cü rübü üçün 202,2 milyon manat təşkil edib.

Bu da ötən ilin sonu ilə müqayisədə 22 milyon manat, yaxud 9,8% azdır.

Nağd pul vəsaitləri 32,5 milyon manat, ticarət və investisiya qiymətli kağızlarının həcmi 12,9 milyon manat təşkil edib. Nağd pul vəsaitləri 23,3 milyon manat (41,8%), qiymətli kağızların həcmi isə 5,1 milyon manata yaxın (28,1%) azalıb.

Bankın kredit portfeli də 16,9 milyon manat, yaxud 13,5% artaraq 142,2 milyon manata yüksəlib.

Kredit portfelinin 71,1 milyon manatı biznes, 15 milyon manatı istehlak, 56,1 milyon manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb. İstehlak kreditləri 6,1 milyon manat (68,8%) , daşınmaz əmlak kreditləri 6,6 milyon manat (13,2%), biznes kreditləri isə 4,2 milyon manat (6,3%) artıb.

"Bank Avrasiya"nın öhdəlikləri 124,5 milyon manat təşkil edib ki, bu göstərici də 2022-ci ilin son rübü ilə müqayisədə 26 milyon manat, yaxud 17,3% azalma deməkdir.

Bankın depozit portfeli 65,3 milyon manat həcmində olub. Bunun da 59,7 milyon manatını fiziki şəxslərin depoziti, 5,6 milyon manatını hüquqi şəxslərin depoziti təşkil edib.

Ümumilikdə depzit portfeli 14,4 milyon (18,1%), fiziki şəxslərin depozitləri 7,4 milyon manat (11%) , hüquqi şəxslərin depozitləri isə 7 milyon manat (55,4% , yəni 2,2 dəfə) azalıb.

Bankın kapitalında bu rübdə də artım baş verib. Belə ki, “Bank Avrasiya”nın kapitalının həcmi təxminən 77,8 milyon manat təşkil edib. Bu göstərici keçən ilin son rübü ilə müqayisədə 3,9 milyon manatdan çox, yaxud 5,4% artıb.

Bölüşdürülməmiş mənfəətin həcmi 3,9 milyon manat (18,1%) artaraq 25,8 milyon manata yüksəlib.

Şirkətlər «Bank Avrasiya»dakı pullarını GERİ ÇƏKİRLƏR
Şirkətlər «Bank Avrasiya»dakı pullarını GERİ ÇƏKİRLƏR
Şirkətlər «Bank Avrasiya»dakı pullarını GERİ ÇƏKİRLƏR

Şərhlər

XƏBƏR LENTİ