SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Binalarda enerji sərfinin hesablanması normaları təsdiqləndi

Binalarda enerji sərfinin hesablanması normaları təsdiqləndi

Tarix:

26-08-2023, 18:30

/ 475 dəfə oxundu.
Binalarda enerji sərfinin hesablanması normaları təsdiqləndi

Nazirlər Kabinetinin təsdiqlədiyi “Binalar üçün minimum enerji effektivliyi Normaları”na əsasən, binalarda enerji sərfinin hesablanması ilkin enerji resursları əsasında aparılacaq.

Bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olunmaqla, digər mənbələrdən istixana qazlarının ətraf mühitə olan emissiyalarının hesablanması metodologiyada öz əksini tapır.

Binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi aşağıdakı kateqoriya (tip) binalar üçün müəyyən edilir:

- yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar;

- tibb müəssisələri;

- təhsil müəssisələri;

- istehsalat binaları və anbarlar;

- inzibati təyinatlı binalar (ofislər);

- digər ictimai binalar.

Binalarda enerji sərfinin hesablanması metodologiyasında aşağıdakı parametrlər nəzərə alınır:

- binanın qoruyucu konstruksiya elementlərinin istilikötürmə müqaviməti;

- binanın qoruyucu konstruksiyalarının havanüfuzetmə qabiliyyəti;

- binanın qoruyucu konstruksiyalarının nəmlənmədən mühafizəsi;

- mərkəzi isitmə və soyuqluq təchizatı sistemləri, isti su təchizatı, o cümlədən onların izolyasiyasının xarakteristikası;

- daxili iqlim şərtləri, o cümlədən layihələndirilmiş daxili hava kondisiyalaşdırması;

- təbii və mexaniki havalandırma sistemləri;

- işıqlandırma (təbii və ya süni) sistemləri;

- binanın konstruksiyası, cəhətlənməsi, o cümlədən iqlim şərtləri;

- bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjidən istifadə.

Şərhlər

XƏBƏR LENTİ