SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Məktəblərdə yer məsələsi problemdir" - Fazil Mustafa

"Məktəblərdə yer məsələsi problemdir" - Fazil Mustafa

Tarix:

31-05-2023, 12:39

/ 203 dəfə oxundu.
"Məktəblərdə yer məsələsi problemdir" - Fazil Mustafa

 "Məktəblərdə şagird sıxlığı məsələsi problemdir. 1000 yerlik məktəbdə 2500 şagird təhsil alır".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, yeni korpusların tikilməsi nəzərdə tutulsa da, proses ləngiyir: "Bu da ölkədə müəyyən qədər savadsızlığa təsir göstərmiş olur".

İşsizlikdən danışan deputat qeyd edib ki, bunu sahibkarlığı inkişaf etdirməklə aradan qaldırmaq olar.

"Bu gün ölkədə işsizlik probleminin həll olunmaması hələ də həyəcan siqnalı kimi qalır. Büdcədə işsizliyin aradan qaldırılması üçün müəyyən qədər vəsait ayrılır. Bunların hamısı da mənasız xərclərdir. Sahibkara aşağı faizli kreditlər verilmirsə, bu sahə inkişaf etməyəcək. Ona görə görə bunun üzərində düşünülməlidir. Dövlətin əli ilə yeni iş yerlərinin açılması o qədər də effektli olmur".

Şərhlər

XƏBƏR LENTİ