SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Uşaq pulu” vermirsiniz, heç olmasa, işləməyən analara müavinət verin”- DEPUTAT

"Uşaq pulu” vermirsiniz, heç olmasa, işləməyən analara müavinət verin”- DEPUTAT

Tarix:

25-11-2019, 15:37

/ 1 409 dəfə oxundu.
"Uşaq pulu” vermirsiniz, heç olmasa, işləməyən analara müavinət verin”- DEPUTAT

"Uşaq pulu” ilə bağlı hökumətin heç bir addım atmayacağı bəllidir. Amma hesab edirəm ki, anaların sosial müdafiəsi ilə bağlı addım atmaq lazımdır”

Bunu Milli Məclisin plenar iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" layihəsinin müzakirəsi zamanı çıxış edərkən deputat Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, qadınlar bəzən çörək bişirir, kiminsə evində dayəlik edir və qeyri-qanunu pul qazanır. Qeyri-qanuni işlədiyi üçün anaların məzuniyyəti də olmur:

“Amma uşaq anasının işləməməsinə görə məsuliyyət daşımır. Ona görə də çalışmalıyıq ki, analıq məzuniyyəti ilə bağlı verilən müavinət işləməyən analara da şamil olunsun. Bu, onların sosial müdafiəsi, uşağın daha sağlam böyüməsi üçün vacibdir”.

Deputat bildirib ki, Aliment Fondunun yaradılması məsələsi də gündəmdə olan vacib məsələdir:

“Aliment Fondunun yaradılmasında məqsəd uşağa çatacaq pulun fond tərəfindən ödənilməsi və həmin vəsaiti ödəməli olan tərəfdən alınmasını təmin etməkdir. Aliment Fondunun yaradılması da uşaqların böyüməsində boşanmış ailələrdə mövcud olan sıxıntıların aradan qaldırılması deməkdir. Bu da vacib olan məsələlərdəndir”.

Şərhlər

XƏBƏR LENTİ